İradə İbrahimova böyük təqdimata hazırlaşır Day.Az представляет новость на азербайджанском языке.

Tanınmış azərbaycanlı müğənni İradə İbrahimova İstanbulda türk komandası ilə iş birliyinin nəticəsi olaraq təqdimat keçirəcək.

Milli.Az-ın məlumatına görə, dekabrın 25-i KİV nümayəndələri üçün nəzərdə tutulan təqdimatda "Seneler" klipi təqdim ediləcək. Tizeri sosial şəbəkələrdə yayılan klip və eyni zamanda gələcək layihələri barədə İradə İbrahimova ətraflı məlumat verəcək.

Qeyd edək ki, İradə xanım Yeni ili ailəsi ilə Bakıda qarşılayacaq və telekanallarda çıxış edəcək.