Tahir İmanov: "Allaha bir şey üçün dua edirəm" Day.Az представляет новость на азербайджанском языке.

Axşam.az-ın məlumatına görə, Fərda Xudaverdiyevin "Top kimi şou"sunun qonaqları arasında əməkdar artist Tahir İmanov, aparıcı Nərgiz Vahabqızı, "O səs Türkiyə"yə qatılan ifaçı Nicat Məhərrəmov olublar.

T.İmanov aparıcının "Bu gün nə problemin var? Heç kimsə zəng vurub deyir ki, mənim işimə görə Cabir İmanovdan xahiş et?" sualına belə cavab verib:

"Problemsiz insan yoxdur. Yaxşılıq bu gün üstünlük təşkil edir. Buna görə mən vətənimə təşəkkür edirəm. Zəng vurub deyirlər ki, orada bir iş var, onu həll etsən, sənə də bir az pul verəcəyik. Mən o milyonla tanış deyiləm, necə olduğunu görməmişəm. Standart sözlər olsa da, mənim həyatımın önəmli hissəsi pul deyil. Böyük pullar araxasınca qaçmamışam. Əsas odur əmin-amanlıq yaransın, ətrafda ac insanlar olmasınlar. Onların gözü, qarnı tox olsun. Son vaxtlar Allaha bir şey üçün dua edirəm: Allah qoymasın kişilər işsiz qala. Bu çox pis haldır".