Manana: "Namiq Qaraçuxurluya qulaq asanda gülürəm" Day.Az представляет новость на азербайджанском языке.

Əməkdar artist Manana "Top kimi şou" nun qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı Fərda Xudaverdiyev müğənnidən meyxana söyləməsini istəyib.

"Meyxana deyə bilərsinizmi?" sualına Manananın cavabı belə olub:

"Mən deyə bilmərəm, amma meyxananı sevirəm, qulaq asmağı xoşlayıram. Ən çox da Namiqi (meyxanaçı Namiq Qaraçuxurlu - red.) dinləyirəm. Ona qulaq asanda gülürəm. Meyxanada elə sözlər olur ki, məni güldürür. Bir neçə gün əvvəl birlikdə verilişdə idik. Bir meyxana dedi, sözləri gülməli idi".

"Bu ki, qalmaqaldır. Namiq o qədər gülməlidir?" sualına isə ifaçı belə cavab verib:

"Bütün meyxanalarına yox, bəzilərinə gülürəm. Sözləri maraqlı olur".