İlhamə Quliyeva: "Mənə qarşı çaşan insanlar həmişə uduzurlar" - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.


Xalq artisti İlhamə Quliyeva ismarıc yollayıb. Sənətkar ad çəkməsə də, səhv addım atanları yerində oturdub.

Milli.Az atvxeber.az-a istinadən məlumat verir ki, "ATV maqazin" verilişinə açıqlamasında xalq artisti ona qarşı çıxanları yerində oturtmağı bacardığını deyib: "Sən özün bir rəndələn, geyiminə fikir ver. Tarakan kimi... Sən mən olmaq istəyirsən? Kimsən axı sən? Hansı savadla, nə iş görmüsən? Dırmaşıb kresloda otururlar. Kresloda oturmaqla sən caamata özünü güldürürsən. O kreslonu gözəlləşdirən mənəm".

Xalq artisti cadu-piti ilə məşğul olan şou əhlini də ağ yuyub, qara sərib: "Cadu, qıfıl, şantaj etməklə camatın pullarını əlindən alırlar. Uzunqulağa palan yaraşan kimi onlara da kreslo yaraşır. Mənim qarşımda heç kəs at oynada bilməz. Mənə heç kəs bata bilməz. Mənə qarşı çaşan insanlar həmişə uduzurlar".


Videonu izləmək üçün şəkilə klikləyin:

фото