Nadir Brillianta cavab verdi: "Oğurlamamışam" Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti Brilliant Dadaşova "10-lar" verilişində həmkarı Nadir Qafarzadənin onun ideyasını mənimsədiyini deyib Milli.Az-ın məlumatına görə, xalq artisti deyib ki, həmkarı Zülfiyyə Xanbabayeva ilə ifa edəcəyi "Unutulur" adlı mahnını N.Qafarzadə onlardan eşidərək, dərhal repertuarına daxil edib: "Verilişlərin birində dedim ki, "Unutulur" mahnısını Zülfiyyə ilə duet oxuyacam. Nadir də bunu eşidib, bizdən qabağa düşüb. İdeyamızı mənimsəyib. Amma buna baxmayaraq, bu dueti ifa edəcəyik. Onu da deyim ki, bu mahnını Nadir də özünəməxsus oxuyub".

Müğənni Nadir Qafarzadə repertuarına daxil etdiyi "Unutulur" mahnısı barədə gəzən söz-söhbətlərə aydınlıq gətirib: "İfa etdiyim mahnılar hər zaman müzakirə mövzusu olur. Bu, normaldır. Bu günə qədər bir çoxları mənim ideyamı oğurlayıblar, oğurlamaqda da davam edirlər. Amma mən kiminsə mahnısını nə oğurlamışam, nə də ki, mənimsəmişəm. İllərdir dinlədiyim bir mahnını repertuarıma daxil etmişəm. Bu mahnını ilk öncə tələbəmlə duet şəklində ifa etdim. Lakin daha sonra solo-versiyada oxumağı qərara aldım. Çünki əksər yerlərdə xahiş edirlər ki, bu mahnını oxuyum".