“Sümbül Ağa” Azərbaycan mahnısı oxudu Day.Az представляет новость на азербайджанском языке

Ötən gün "Eşq sənə bənzər" filminin təqdimatıyla əlaqədar şəhərimizin qonağı olan "Möhtəşəm yüz il"in Sümbül Ağası Səlim Bayraktar Azərbaycan dilində danışması ilə hər kəsi təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, aktyor hətta baş tutan mətbuat konfransında "Ayrılıq" mahnısını da oxuyub.

O, Azərbaycan dilində yaxşı danışa bilməsinin səbəbini açıqlayıb: "Mən türkmən türküyəm. Ona görə də, bu dildə danışmaq mənə çətin deyil".

Qeyd edək ki, S.Bayraktar hətta İnstaqram səhifəsində fikirlərini Azərbaycan dilində yazıb: "Bu qala daşlı qala.... Qız qalası, Bakı...".