Xalq artisti tələbəsi ilə sevgi yaşayıb? Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti Samir Cəfərov tələbəsi Turan Səfərli ilə birgə ifa etdiyi "İzn ver, gedim" mahnısına çəkilmiş klipi mediaya təqdim edib.

Lent.az xəbər verir ki, mətbuat konfransında S.Cəfərov yaradıcılığından danışıb: "Turan mənim istedadlı tələbəmdir. Onunla duet ifa etməyə düşünmədən razılıq verdim. Klipin yaxşı alındığını düşünürəm. Amma sonda qiyməti tamaşaçılar verəcəklər".

Klipin süjet xətti sevgi macərası ilə bağlıdır və hər iki müğənni klipdə rol alıb. Burada xalq artisti öz tələbəsi ilə sevgili həyatı yaşayır.

Ekran işinin rejissoru Rəhman Əliyev bildirib ki, süjetin müəllifi odur: "Maraqlı bir klip ərsəyə gəlib. Süjet xətti elə idi ki, müəllim öz tələbəsi ilə sevgili həyatı yaşayır. Bu, sadəcə klipdədir. Mahnının sözlərinə diqqət etsəniz, orada deyilir ki, insan öz nəfsinin qulu olmamalıdır. Həyatda müəllimin və tələbənin yeri ayrıdır. Sadəcə klipdə maraqlı süjet xətti yaratmaq üçün Samir bəylə Turan xanım ekran əsərində sevgili həyatı yaşayıblar".

Xatırladaq ki, "İzin ver, gedim" adlı bəstənin sözləri Sahibə Rəşid, musiqisi Rəhman Əliyev, aranjmanı Əvəz Muradova məxsusdur.

Klipin operatoru Səid, rejissoru Rəhman Əliyevdir.  

Qeyd edək ki, klip təqdimatında xalq artisti Azər Zeynalov, əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Fidan Hacıyeva, müğənnilər Ülvi Qılınc, Ümman, aparıcı-aktyor Elnur Kərimov və başqaları iştirak ediblər.