Brilliantdan Ajda Pekkan açıqlaması: "Paketə qoyub, otağıma göndərib"

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyəli ifaçı Ajda Pekkan gizlicə Bakıya gəlib.
 

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu haqda xalq artisti Brilliant Dadaşova "5/5" verilişində deyib. O, türkiyəli həmkarının burada bir ad günü mərasimində iştirak etdiyini deyib.

B.Dadaşova Ajdanın Bakıda olarkən onunla şəkil çəkdirmək istəməməsi məsələsinə də aydınlıq gətirib. İfaçı Pekkanın ona libas hədiyyə etməsi ilə bağlı söz-söhbətlərə son qoyub:

"Noyabrda Ajda Pekkan "Jumeirah"ya gəlmişdi, bir ad gününə qatıldı. Həmin yerdə mən də iştirak etdim. Restorana çay içməyə düşəndə görüşdük. Deyirəm, xəbəriniz var da, video düzüb-qoşub internetə yerləşdiriblər. Guya Bakıda olarkən mənimlə şəkil çəkdirmək istəməmisiniz. Təəccüblənib: "Bunlar dəlidir?" - dedi. Sonra söhbət zamanı dedim, bir paltarınız var, çox gözəldir, xoşuma gəlir. Söylədi ki, onu özümlə Bakıya gətirmişəm. Amma geyinməyəcəm, otağıma adam göndər, verim sənə. Mən, əlbəttə ki, heç kimi göndərmədim. Bir də gördüm paketə qoyub öz köməkçisi ilə otağıma göndərib. Axşam da zəng edib ki, geyinib baxdın? Deyirəm, bu libas mənim üçün bir əsər kimidir, saxlayacam. Açıqdır, hər yerə geyinə bilmirəm. Noyabrda verilən libası dekabrda geyindim. Burada ayıb heç nə yoxdur".