Boşanan azərbaycanlı müğənni: "Əsl kişini mənə o tapacaq" Day.Az представляет новость на азербайджанском языке

Müğənni Mətanət Əsədova şəxsi həyatından danışıb. Lent.az xəbər verir ki, "Səs verməyin" verilişinə qonaq olan ifaçı deyib ki, növbəti dəfə ailə qurmaq istəsə, ona müğənni həmkarı Manaf Ağayev həyat yoldaşı tapacaq:

"Keçmiş həyat yoldaşımla toydan qabaq heç görüşüb-eləmirdik, utanırdım. Aramızda pis hərəkət olmayıb. 3-4 gün idi ailə qurmuşduq mənə dedi ki, "məndən də yaşca böyüksən, sən nə yaxşı mənə ərə gəldin? Utanmadın?" Düz də dedi. Onun sözlərindən sonra boşandıq. Ailəm dağılandan 7 ay sonra o, ikinci dəfə ailə qurdu. Bu gündən gərək Manaf Ağayev mənim toyumu, cehizimi, yaraşıqlı oğlanla tanışlığımı boynuna götürsün. Manafın ətrafı böyükdür. Əsl kişini mənə Manaf tapa bilər".

Qeyd edək ki, M.Əsədova və M.Ağayevlə yanaşı, Nüşabə Ələsgərli də verilişin qonağı olub