Tanınmış azərbaycanlı müğənni: "Qarşıma iki mücrü qızıl qoyub ailəmdən boşanmağımı istədi" Day.Az представляет новость на азербайджанском языке:

Cavanşir Məmmədovdan ailəsindən boşanmasını istədilər.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, sənətçinin dediyinə görə, tanış bir xanım tərəfindən evlənmə təklifi alıb.

"Mənim anam 30 il dul qalıb. İkinci dəfə ailə qura bilərdi, amma etməyib. Məni tək başına böyüdüb. Şükr edirəm ki, heç vaxt türmə qarşısına gəlmədi. Mən zəhmətimlə bu günə çatmışam. Səsimlə pul qazanmışam.

Hətta önümə bir qadın iki mücrü dolusu qızılı önümə qoyub qarşılığında ailəmdən boşanmağımı istədi. "Ya o, ya mən. Yoldaşından ayrıl, mən də ayrılacam. Biz ailə quraq" dedi. O pulu götürüb ömrümün sonuna kimi yaşayardım. Amma...

Məqsədləri başqa imiş. Bu hadisəni ən yaxın dostum və həyat yoldaşım da biliridi".