Könül Kərimova efirdə ağladı - VİDEO Day.Az представляет новость на азербайджанском языке

Müğənni Könül Kərimova əməkdar artist Məhəbbət Kazımovun ölümü ildönümü münasibətilə onun məzarını ziyarət edib

Axsam.az xəbər verir ki, K.Kərimova "Belə qəmli dayanma" mahnısından bir parça səsləndirərək sənətkarla bağlı xatirələrini dilə gətirib və göz yaşlarını saxlaya bilməyib: "Ondan ölmüş biri kimi danışmaq mənə çox ağırdır. Ölümündən bir həftə qabaq ona zəng vurdum ki, verilişimə dəvət edim. Gördüm, mənə xırıltılı səslə cavab verdi. Elə bildim, yuxudan təzə oyanıb. Sonra mənə dedi ki, Könül, mən Türkiyədə müayinədəyəm. İnşallah, sağ-salamat qayıdım, səninlə əlaqə saxlayacam. Azərbaycana gəldi, ancaq gəlməyi ilə də bu xəbəri eşitdik. Kaş doğulduğu Laçını görüb gedərdi".

Qeyd edək ki, Məhəbbət Kazımov 2014-cü il, yanvarın 27-də dünyasını dəyişib.

Videonu izləmək üçün şəklə klikləyin.

фото