Könül Kərimova övladlarından danışıb Day.Az представляет новость на азербайджанском языке.

Könül Kərimova övladlarından danışıb.

Gecce.az xəbər verir ki, Könül onun sənətini davam etdirmək istəyən oğluna dəstək olub. Hazırda əsgərlikdə xidmətdə olan oğlunu öyrənməsi üçün vaxtilə Teymur Əmrahın dərslərinə də aparıb.

"Hiss etdim ki, oğlumun bu sənətə meyli var. Ona görə də Teymur müəllimin yanına apardım. Qız uşağı deyil ki, olmaz deyim. Allah üzümə baxıb ki, qızımın səsi yoxdur. Yəqin bizimkilər də qoymazdılar ki,qızım müğənni olsun. Çünki görürlər ki, mən necə əziyyətlərdən keçmişəm.

Bəziləri kimi bu sənətə təsadüfən gəlməmişik ki? Bilirəm ki, bizim kimi əziyyət çəkməyəcəklər. Bütün günü toya getmək asan görünməsin. 500 nəfərin nazını çəkirsən. Orda səsimiz, əsəblərimiz korlanır. Sonra deyirlər ki, oxumağa nə var ki?"