Teleaparıcı: "Burnumla bağlı kompleksim var" Day.Az представляет новость на азербайджанском языке

ATV-nin aparıcısı Nərgiz Vahabqızı əməliyyatdan qorxur.

Axşam.az-ın məlumatına görə, aparıcı buna görə də uzun müddətdir burnunu əməliyyat etdirmədiyini deyir: "Burnumla bağlı kompleksim var. Plastik əməliyyat istəyirəm, amma ehtiyat edirəm ki, sonra əziyyətini çəkərəm. Başqalarında görəndə xoşum gəlir. Özümdə isə ehtiyat edirəm. Beynimə müxtəlif fikirlər gəlir: üzümdə ləkə, şiş qalar. Efirə çıxa bilmərəm deyə, qorxuram. Amma özümdə güc toplayıb, yaxın günlərdə burun əməliyyatını reallaşdıracam".