Sevda Ələkbərzadə öz fobiyasından danışıb Day.Az представляет новость на азербайджанском языке .

Əməkdar artist Sevda Ələkbərzadə fobiyasından danışıb.

Axşam.az-ın məlumatına görə, "ATV Maqazin"ə açıqlama verən müğənni avtomobil idarə etməyi çətinliklə öyrəndiyini deyib: "Maşın sürməyə qarşı fobiyam vardı. Yatanda avtomobillə bağlı qorxulu yuxular görürdüm. İnsanlar 1 aya maşın sürməyi öyrənir. Mən 1 ilə güclə sükana alışdım".

S.Ələkbərzadə bacısı Emma Ələkbərzadənin gündəmdən uzaqlaşmasından da bəhs edib: "Sənət insanları əhval adamlarıdır. Başı ailəsinə qarışıb. Ürəyi istəyəndə gedir, bir mahnı oxuyur qayıdır".