Xalq artisti: "Facebook-da tanış olub ailə qurmağa heç də pis baxmıram" Day.Az представляет новость на азербайджанском языке

Mübariz Tağıyev sosial şəbəkədə tanış olanlardan söhbət açıb.

Gecce.az xəbər verir ki, statistikaya görə, günümüzdə sosial şəbəkədə tanış olub ailə quranların sayı artmaqdadır. Bu göstəriciyə fikir bildirən xalq artisti belə münasibətləri olduqca normal qarşılayıb. "Facebook-da, yaxud da digər sosial şəbəkələrdə tanış olub ailə qurmağa heç də pis baxmıram. Fikirləri, dünyagörüşləri üst-üstə düşürsə, niyə də olmasın? Əsas sevgi və xoşbəxtlikdir".