Brilliant Dadaşova verilişində oxuduğu aparıcını tanımadı Day.Az представляет новость на азербайджанском языке.

Xalq artisti Brilliant Dadaşova "Top kimi şou"da hər kəsi təəccübləndirib.

Axşam.az-ın məlumatına görə, müğənni verilişdə qonaq olan aparıcı Cavid Gülü tanımadığını deyib:

"O oğlan nə işlə məşğuldur? Aparıcıdır? Tanımıram. Zarafatsız, hansı verilişi aparır?"

Cavid isə: "Hələ nə yaşım var, eybi yox. Veriliş başlayanda nömrənizi götürüb zəng edəcəyəm, mənə baxarsınız", - deyə cavab verib.

Aktyor, verilişin aparıcısı Fərda Xudaverdiyev Cavidin "Kimdir nömrə 1?" yarışının aparıcısı olduğunu xatırladıb. B.Dadaşova həmin verilişdə müğənni Emil Bədəlovla duet oxuduğunu, buna baxmayaraq, Cavidi orada görmədiyini bildirib.