Aybəniz Haşımova filmə çəkildi

Day.Az представляет новость на азербайджанском языке:

"Nano Group" və "DOST TAXI"nin dəstəyi ilə qısametrajlı film çəkilib.

Axar.az xəbər verir ki, filmdə xalq artisti Ramiz Novruz, əməkdar artist Aybəniz Haşımova, Səmimi Fərhad, Zarina Qurbanova, Ayxan Zayidzadə, Manaf Dadaşov, Əli Faiq çəkilib.

Ssenari müəllifi və quruluşçu rejissoru Elvin Abdullayev olan "Məriz" adlı film Qarabağ şəhidlərinin xatirəsinə həsr edilib. Film bir uşağın gözü qarşısında ailəsinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsindən və uşaqda bundan sonra yaranan psixoloji problemlərdən bəhs edir.