Meyxanaçı Kərim xalası qızlarını biabır etdi Day.Az представляет новость на азербайджанском языке:

Tanınmış meyxanaçı Kərim savadlı qızların savadsız, ali təhsilli qızlara nisbətdə daha çox boşandığını düşünür.

Anspress-in məlumatına görə, ANS TV-nin "Bazar səhəri" verilişinin qonağı olan meyxanaçı yalnız ev tərbiyəsi almış kənd qızlarının ailədə baş verən problemlərə dözümlü yamaşmalarıını böyüyə və həyat yoldaşına hörmətlə əlaqələndirdi.

Ali təhsilli xanımların çoxunun yemək bişirməyi bacarmadığını deyən Kərim bəy nümunə kimi öz xalası qızlarını da misal çəkdi: "Mənim xalam qızları gəlin köçəndə qutularla kitab cehiz aparmışdı. Oxumuş qızlar idi, fikirləri-zikrləri oxumaq idi, amma adi yemək bişirə bilmirdilər. Yaxşı ki, qayınanaları başa düşən xanımlar idi, onları yola verməyi bacardı. Vallah, qayınanaları pis olsaydı, ailələri dağılardı bəlkə də".