Oksanadan Elşad Xose açıqlaması Day.Az представляет новость на азербайджанском языке

"Ay Brilliant" filminin qala gecəsində keçmiş həyat yoldaşı Elşad Xose ilə söhbət edərkən görüntülənən rəqqasə Oksana Rəsulova reper ilə münasibətlərindən danışıb.

"Qafqazinfo"ya açıqlamasında rəqqasə keçmiş həyat yoldaşı ilə aralarında dostluq münasibəti olduğunu bildirib: "Biz düşmən deyilik, aramızda salam-sağ ol qalıb. Mədəni şəkildə ayrılmışıq. Tədbirdərdə bir-birimizi görəndə üzümüzü çevirmirik, bu mədəniyyətsizlik olar. Eyni sırada oturmağımız isə təsadüfdür. Aramızda başqa münasibət yoxdur".