İlhamə Nazpəriyə güldü: "Ömrünün axırına qədər məndən üzr istəməlisən" - VİDEO Day.Az представляет новость на азербайджанском языке

"Dostəliyeva adlı bir şəxs böyük səhvə yol verib. Barəmdə yaşından böyük, senzuradan kənar sözlər işlədib".

Lent.az-ın məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyeva ilə olan qalmaqala münasibət bildirərkən deyib. O deyib ki, N.Dostəliyeva ilə barışmayacaq: "65 yaşı var, şərəf və ləyaqətimi alçadıcı sözlər işlədib. Çox istədilər ki, mənlə onu barışdırsınlar, amma istəmədim. O gün də verilişlərin birində çıxıb dedi ki, "məhkəməyə hörmət əlaməti olaraq, təkzib edirəm". Sən məhkəmədən yox, məndən üzr istəməlisən. Hətta özü əli ilə yazmışdı ki, "Mən İlhamə Quliyevaya dediyim sözlərin hamısını özüm barəsində demişəm". Təsəvvür edin, boynuna alıb ki, o sözləri özünə aid edib. (gülür) Ömrünün axırına qədər də sən məndən üzr istəməlisən. Şərəf və ləyaqətimi aşağıladığı üçün məhkəmə ona 25 min manat təzminat kəsib. Mənim onun puluna ehtiyacım yoxdur. Gözümü açmışam, ailəmdən hər şey görə-görə gəlmişəm. İndi də görürəm. Amma həmin təzminatı alıb, kimsəsizlər, qocalar evinə verəcəyəm".

Videonu izləmək üçün şəklə klikləyin.

фото