Türk müğənnisi 500 min dollarlıq “Ölümsüzlük zərdabı” içirmiş – FOTO Day.Az представляет новость на азербайджанском языке

72 yaşlı müğənni Ajda Pekkanın gənclik sirri ortaya çıxıb.

Yaşına baxmayaraq, səhnəyə çimərlik geyimilə çıxmaqdan belə çəkinməyən ifaçının Taylandda hazırlanan və 1 litri 500 min dollar satılan "ölümsüzlük zərdabı"nın aludəçi olduğu deyilir. Bu günə kimi onlarla estetik əməliyyat keçirən və hər zaman gözəl görünməyə çalışan Ajda Pekkan qidalanma rejiminə də diqqət edir.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Taylandda yerləşən Vikinq mağarasındakı okean suyu və bir çox şəfalı bitkinin şirəsindən hazırlanan xüsusi zərdabdan ildə iki dəfə içir. Müğənni 50 millilik qabda satılan zərdaba 25 min dollar ödəyir. Bu içki bütün hüceyrələri yeniləyir və insana enerji verir. Qeyd edək ki, bütün dünyada "ölümsüzlük zərdabı" kimi tanınan içkidən istifadə edənlər arasında siyasətçilər, dünyaca məşhur idmançılar, aktyor, aktrisalar və müğənnilər var.

Böyütmək üçün şəkillərə klikləyin.