Təranə Səmədovanın verilişi niyə bağlandı? Day.Az представляет новость на азербайджанском языке

Prodüser Təranə Səmədovanın aparıcılığı ilə "Space" kanalında yayımlanan "Hələ bu harasıdır" verilişi bağlanıb.

Bu haqda Axşam.az-a prodüserin özü məlumat verib: "Hər bir şeyin əvvəli olduğu kimi sonu da var. Başda telekanalın rəhbəri Vaqif Mustafayevə, "BakuArtLab"ın kollektivinə, onun rəhbəri Vüqar Təhməzova təşəkkür edirəm. Məni kütləyə aparıcı kimi tanıtdılar. Tamaşaçılar tərəfindən bu sahədə də sevildim".

T.Səmədova gələcəkdə başqa bir layihədə aparıcı kimi yenidən efirə çıxacağını da vurğulayıb: "Hələ bu harasıdır... Yeni işlər qarşıdadır".