Rəqsanə ilə Fərda arasında narazılıq: "Ondan incidim" Day.Az представляет новость на азербайджанском языке

Müğənni Rəqsanə İsmayılova ilə yumor ustası Fərda Xudaverdiyev arasında narazılıq yaşanıb.

Axşam.az-ın məlumatına görə, bu haqda Fərda "Onlar" verilişində danışıb. Buna səbəb isə Fərdanın aparıcılığı ilə ATV-də yayımlanan "Top kimi şou"da müğənninin çəkilişi yarımçıq tərk etməsi olub: "Rəqsanə xanım verilişə gecikdi. Bizə öncədən başqa çəkilişə gedəcəyini bildirməmişdi. Elə alındı ki, verilişin hazırlıqlarına gec başladıq. O da küsüb getdi. Sonra zəng etdim, telefona köməkçisi cavab verdi. Mən də ondan incidim. Ən azından telefona özü cavab verə bilərdi".