Vəfa Zeynalova: "Kişi evin sütunudur" Day.Az представляет новость на азербайджанском языке.

Əməkdar artist Vəfa Zeynalova kişinin ailədəki rolundan danışıb.

Axsam.az xəbər verir ki, "Gün üzü" verilişində qonaq olan aktrisa evdə hər zaman qadının dominantlıq etdiyini bildirib: "Kişi evin sütunudur. O, başdırsa, qadın boyundur. Xanım hər zaman istədiyini ağılla etdirməyi bacarır. Evdə dominantlığı hər zaman qadın edir. Amma biz Azərbaycan xanımları kişini üstün tutmağa çalışırıq. Bizim evdə yoldaşım baş, mən boyunam. Uğur qazanan hər bir kişinin arxasında ağıllı qadın dayanır".