Aparıcı Hüsniyyə Məhərrəmova: "Mənim qədər çox yeyən ikinci xanım yoxdur" Day.Az представляет новость на азербайджанском языке

"Gündəlik geyimlərdə rahatlığa üstünlük verirəm: idman ayaqqabısı, rahat şalvar... Amma boyum balaca olduğu üçün xüsusi dəvətlərdə məcbur hündürdaban geyinirəm. Öz tərzim var. Dəblə ayaqlaşmağa çalışıram".

Bu sözləri Axsam.az-ın əməkdaşı ilə söhbətində aparıcı Hüsniyyə Məhərrəmova söyləyib.

O, formada qalmağının yollarını açıqlayıb: "Heç vaxt pəhriz saxlamıram. İdmana da getməyə vaxtım yoxdur. O qədər yeyirəm... Mənim qədər çox yeyən ikinci xanım yoxdur. Enerjim çoxdur. Evdə tərəzim var, hər səhər üstünə çıxıram. Görəndə ki, yüz qram arıqlamışam, həmin gün çox yeyirəm. Çəkim artanda isə yeməyimi azaldıram. Məni əsəb və həyəcan arıqladır".

Hər zaman qısa saçlarla görünən H.Məhərrəmova imicini dəyişməyi düşünmür: "Uşaq vaxtı saçlarım uzun idi. Atam xoşlayırdı deyə, məcbur iki hörüklə gəzirdim. Onlardan necə doymuşamsa, ömrümün sonuna kimi mənə bəsdir. Qısa saçı sevirəm, hər zamanda belə qalacam".