Xuraman Şuşalı: "Hamiləlik dövründə çox da çəki almamışdım" Day.Az представляет новость на азербайджанском языке

Müğənni Xuraman Şuşalı həyat yoldaşı Elçinlə birlikdə "Ay Brilliant" filminin qala gecəsinə qatılıb.

Axşam.az fotokamerasına tuş gələn sənətçi ərinin şəkillərinin çəkilməsini istəməyib: "Yoldaşım gündəmdə olmağı sevmir. Ona görə də tədbirlərdə yanımda olanda şəkillərinin çəkilməməsini xahiş edir".

Yenicə ana olan X.Şuşalının arıqlaması da diqqətdən qaçmayıb: "Hamiləlik dövründə çox da çəki almamışdım. Ona görə də əvvəlki çəkimə tez qayıtdım".

Qeyd edək ki, X.Şuşalının iki oğlu, bir qızı var.