İradə Ibrahimova: "Ayrıseçkilik etdilər" Day.Az представляет новость на азербайджанском языке.

Müğənni İradə İbrahimova "Evdəyik" verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, sənətçi yol hərəkət qaydasını pozmasından danışıb: "Bu yaxınlarda səhv yoldan döndüm deyə, polis maşınımı saxladı. Arxamdan gələn üç-dörd avtomobil də mənim kimi qaydanı pozdu, onları saxlamadılar. Aqressiv şəkildə soruşdum ki, onları niyə saxlamırsız? "Onların cəzaları evlərinə göndəriləcək" cavabını verdi. Ətrafdakı insanlar mənə güldü. Bu hal məni çox incitdi. Ayrıseçkilik etdilər, mənim də cəzamı evimə göndərə bilərdilər. Mən sükan arxasına keçəndə ulduz yox, adi sürücüyəm. Həmin cəza üçün 60 manat cərimə ödədim".