Cazibədar müğənni: "Bu olmasa, daha yaxşı olar"

Day.Az представляет новость на азербайджанском языке

Xalq ulduzu yarışmasından məşhurlaşan ifaçı Mehin Hümbətova geyimləri barədə danışıb.
 

Milli.Az xəbər verir ki, ATV.az-ın əməkdaşı ilə söhbətləşən M.Hümbətova düşünür ki, ifaçılar heç də öz geyimlərinin qiymətini açıqlamamalıdırlar. Bunun səbəbini xanım ifaçının öz dilindən eşidin: "Əslində, heç xoşum gəlmir hər dəfə geyimlərimi reklam etməkdən, qiymət söyləməkdən. Çünki müsahibələrdə görürəm ki, tanınmışlar öz bahalı geyimləri ilə öyünür, yazının altındakı şərhlərdən artıq bilirsən ki, bu məsələ insanlarda qıcıq yaradır. Axı ifaçıları həm imkanlı, həm də ki imkanı zəif olan insanlar izləyir. Əksəriyyətin də imkanı zəifdir. Məhz bizdə tanınmış ifaçılar istəməzdim ki, öz geyimlərinin qiymətlərini söyləsinlər. Xarici ifaçılar barədə heç nə deyə bilmərəm, amma özümüzdə bu olmasa, daha yaxşı olar. Şəxsən bu, mənə bir tamaşaçı olaraq xoş təsir etmir. Yalandan demək ki, mən brend geyinirəm, olmaz. Onsuz da, tez-tez "shopping" edən insanlar maraqlanıb, bilirlər ki, hansı paltar hansı butikdəndir. Xərclədiyin pulla, geydiyin, geyimlə gündəmə gəlmək ucuz reklamdır.
 

İfaçı öz geyimləri barədə də danışıb: "Mənim üçün parçanın keyfiyyəti önəmlidir. İstər brend olsun, istərsə də adi bir marka fərq etməz. Əgər yolla keçirəmsə, vitrində nəyisə görüb, bəyənirəmsə, onu alıram. Qiyməti fərq etməz. 5 manat da olsa, onu alacam, 3 manat da olsa alacam. Əsas cibimdəki pul ona kifayət etsin və mənə yaraşsın".