Xalq artistinin oğlunun toyudur Day.Az представляет новость на азербайджанском языке:

Bu gün Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kəriminin evində "Vağzalı" çalınacaq. Lent.az-ın məlumatına görə, xalq artistinin oğlu, bəstəkar Emin Kəriminin toyudur. O, bu gün paytaxt məkanlarının birində sevib-seçdiyi xanımla nikah masasına əyləşəcək. Gecəyə şou-biznesin bir çox tanınmış simaları dəvət olunublar. Qeyd edək ki, bəstəkar E.Kərimi Röya, Miryusif kimi tanınmış şou-biznes nümayəndələri ilə işləyib.