Abbas: "Gənc bəstəkarlarda istedad yoxdur" Day.Az представляет новость на азербайджанском языке:

Əməkdar artist Abbas Bağırov gənc bəstəkarları bəyənmir.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda "ATV Maqazin" verilişinə açıqlamasında deyib:

"Gənc bəstəkarlarda istedad yoxdur. Çünki onlar köhnə bəstəkarlar haqqında məlumatsızdırlar. İnidikilərin mahnılarında ancaq təkrar sözlərdi: "Mən səni sevirəm, sən də məni sev". Başqa heç nə yazmırlar. Demirəm ki, mən əla mahnı yazıram. Çıxıb şikayətlənirlər ki, mahnı bəstələyirik, evdə yatır, imkan vermirlər çıxaraq. Niyə imkan vermirlər, gətir yaxşı bəstə göstər, biz də oxuyaq. Əvvəlki bəstəkarları da qınamıram, onlar da yorulub, yazmırlar. Çünki müğənni gəlir, qulaq asır, deyir: "Yox, bu yaxşı deyil, mənə filankəsin mahnısından yaz". Bəstəkar da həvəsdən düşür. Nə etsin?"