Toyda mikrofon davası: “Nə gündəsən, ay yazıq?” Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Nüşabə Ələsgərli toyda mikrofon davası edənləri qınadı.

Gecce.az bildirir ki, müğənni həmkarlarının toy məclislərində bir-brinə paxıllıq etməsini təəssüf hissləri ilə dilə gətirib.

"Həyatda paxıllıq hissi nədir bilmirəm. Bəlkədə ən pis xasiyyətimidir. Toylarda çox müğənnilər bir-biri ilə mikrofon davası edirlər. Çox təəssüf ki... Mənim aparıcılıq etdiyim məclislərdə çox diqqət yetirirəm ki, mikrofon pis işləməsin. Sonra fikirləşərlər ki, qəsdən bunu etmişəm. Qonağı gözüm üstə saxlayıram. Çox paxıllıq edənlər olub. Deyirəm ki, nə gündəsən ay, yazıq ? Ruzini onsuz da Allah verəcək. Sən niyə başqasının çörəyinə bais olursan?" - N.Ələsgərli deyib.