Fəxriyyə Evcən: "Hər bir məsələni sevgilimlə məsləhətləşirəm" Day.Az представляет новость на азербайджанском языке:

Aktrisa Fəxriyyə Evcən "Marie Claire" jurnalının aprel sayı üçün obyektivlər qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, aktyor Burak Özçivitlə sevgili olan Fəxriyyə eşqlə bağlı fikirlərini də bölüşüb:

"Aşiq olanda həyatında hər şey dəyişir. Sevgi sənə ilham verən, bəzi şeylərə fərqli nəzərlərlə baxmağına səbəb olan çox gözəl duyğudur. Məndə də belədir. Hər bir münasibətdə qarşılıqlı hörmət olmalıdır. Hörmət varsa, hər şey yolunda gedəcək".

F.Evcən bəzi qərarları qəbul edərkən sevgilisinin fikrini də öyrəndiyini əlavə edib: "Hər zaman onun fikrini öyrənməyə üstünlük verirəm. Həyatındakı insan dəyər verdiyin biridirsə, onun düşüncələrinə də hörmətlə yanaşırsan. Hər bir məsələni sevgilimlə məsləhətləşirəm".