Nadirin oğlu ona irad tutdu

Day.Az представляет новость на азербайджанском языке.

Müğənni Nadir Qafarzadə oğlu ilə birgə İsveçə səyahət edib.


Milli.Az gecce.az-a istinadən bildirir ki, səfər təəssüratlarını paylaşan sənətçinin diqqətini əcnəbilərin geyimləri cəlb edib.

"Bu yaxınlarda İsveçdən qayıtmışam. Oğlum Loğmanla birgə getmişdik. Onların geyimlərini görsəydiniz. Təəccüblənərdiniz. Oğlan saçlarını çəhrayı rəngə boyayıb gəzirdi. Diqqətlə baxanda oğlum irad tuturdu. "Papa, belə baxma - burda normal qarşılanır" deyə söyləyirdi", - N.Qafarzadə deyib.