Zirəddin Rzayevdə sağalmaz xəstəlik tapıldı Day.Az представляет новость на азербайджанском языке:

Zirəddin Rzayevin səhhətində problemlər yaranıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, məşhur ekstrasensin verdiyi məlumata görə, onun sağlamlığında çox ciddi problemlər var.

Həkimlər nazik bağırsağın un və süd məhsullarına allergiyasını müəyyən ediblər.

Həkimlərin dediyinə görə, ekstrasens ömür boyu un, süd və qlüten tərkibli məhsullara pəhriz saxlamalıdır. Onlardan istifadə etməməlidir.

Hazırda ekstrasensin səhhəti normaldır. Müalicəsi davam edir.