Brilliant Dadaşova İstanbulu ayağa qaldırdı - FOTO Day.Az представляет новость на азербайджанском языке:

Xalq artisti Brilliant Dadaşova Novruz bayramı günlərində Türkiyədə konsert verib.

Milli.Az xəbər verir ki, müğənni İstanbulun məşhur "Reşid Cemal Rey" konsert salonunda dinləyicilərini canlı ifası ilə sevindirib. Konsert boyu bəstəkar və xalq mahnıları, eləcə də öz repertuarından hitlərini oxuyan Brilliant xanımın ifası sevənləri tərəfindən alqışlarla qarşılanıb.

Müğənni ilə bərabər, sənət dostu, dünya şöhrətli balaban ustamız Əlixan Səmədov da səhnə alıb.

Sonda Brilliant xanımın ifalarını dinləyiciləri ayaqda alqışlayaraq onu yenidən səhnəyə dəvət ediblər.

Qeyd edək ki, xalq artisti qardaş Türkiyədə bundan öncə də dəfələrlə konsert proqramları ilə çıxış edib.

Böyütmək üçün şəkillərə klikləyin: