Teleaparıcı Vüsalə Əlizadə: "İstənilən şəxsə bunu sübut edə bilərəm"

Day.Az представляет новость на азербайджанском языке: 

"Efir məkanında özümü təsdiq etmişəm, düzgün danışıq qabiliyyətim var, söz ehtiyatım çoxdur. İstənilən şəxsə bunu sübut edə bilərəm".

Bu sözləri teleaparıcı Vüsalə Əlizadə qafqazinfo-ya açıqlamasında digər həmkarlarından üstün cəhətlərindən danışarkən deyib:

"Efirə çıxan hər bir aparıcının danışdıqları yazılmalıdır. Mənim üçün bu günə kimi bir söz də yazılmayıb. Öz bacarığıma inanıram. Elə olur ki, veriliş başlayanda bilirəm ki, mövzu dəyişib. Mən həmin vəziyyətdən də çıxa bilirəm. Verilişimə heç zaman sıradan insanlar çağırmıram. Qonaqlarım məlumatlı və başqalarına məsləhət verə biləcək şəxslər olur.

İstər tibb, istər ihtehsalat, istər dəb, istərsə də tarix olsun, mən o haqda danışa bilərəm. Hər mövzudan məlumatlıyam. Hər dəfə məlumatlı olduğum üçün qonaqlarım mənə təşəkkür edirlər. İşimi sevirəm və bacarıram. Məni də bəzi həmkarlarımdan bu xüsusiyyətlərim fərqləndirir".