Vüsalə Əlizadə ilə barışdığı deyilən Azər: "Bayaqdan başımı xarab edirlər"

Day.Az представляет новость на азербайджанском языке:

Boşanan cütlük Azər İsmayılovVüsalə Əlizadənin barışması ilə bağlı mətbuatda xəbərlər yayılmaqdadır.

Publika.az xəbəri dəqiqləşdirmək üçün Azər İsmayılovla əlaqə saxlayıb.

Sualdan əsəbləşən aparıcı od püskürüb: "Bayaqdan başımı xarab edirlər. Başa düşə bilmirəm, mənim şəxsi həyatım kimin nəyinə lazımdır? Niyə burunlarını mənim şəxsi həyatıma soxurlar. Bunu yazanlar qələt edib, başını daşa döyürlər. Burnunuzu şəxsi həyatıma soxmayın".

"Barışmısınızmı?" sualını isə Azər belə cavablandırıb: "Elə şey yoxdur".

Qeyd edək ki, Vüsalə Əlizadə sosial şəbəkədə övladının şəklini paylaşaraq bunları qeyd edib:

"Balam atası ilə görüşüb. Fotolarını şəxsən özüm çəkmişəm. Bunu paylaşmaq istəmirdim, çünki ailə söhbətlərindən heç vaxt danışmamışam. Şəkli paylaşdım ki, bəziləri artıq-əskik danışmasınlar. Allahdan qorxun, hər şeyin öz vaxtı var. Qismət bu gün imiş".