Türkiyəli aktrisa Bakıdan nələr danışdı? - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Türkiyəli aktrisa Ezgi Mola "Kocan kadar konuş" filminin özəl nümayişinə qatılıb.

"Qafqazinfo"nun məlumatına görə, jurnalistlərin suallarını cavablandıran aktrisa Bakı haqda təəssüratlarını bölüşüb:
 

"İlk dəfədir ki, Azərbaycana gəlirəm. İlk təssüratlarım əladır, buranı sevdim. Bakını sabah gəzəcəyik. Bu gün gəzmək şansımız olmadı. Binaları çox bəyəndim. Bakıda tarixilik qorunub saxlanılır. Sağ əliniz bizim başımıza".
 

Mola filmdəki canlandırdığı Efsun obrazı ilə oxşar cəhətlərindən danışıb:
 

"Canlandırdığım obrazla oxşar cəhətlərim çoxdur. Əfsun kimi mən də sözü həmin an deyirəm, yalan danışa bilmirəm. Çox çəkingən insanam. Sevdiyim insana hislərimi biruzə verə bilmərəm. Taktikalar qurub, bir kişinin arxası ilə gedə bilmərəm".


Böyütmək üçün şəkillərə klikləyin: