Natavan Həbibi: "Mən ərimin çörəyini yeyəcəm"

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Natəvan Həbibi şəxsi həyatı ilə yenidən diqqət mərkəzindədi. Bu yaxında artıq sevdiyi insanın olduğunu və bəyi tanıdığını etiraf edən ifaçı indi də evlilik üçün şərtlərini açıqlayıb.

Atv.az xəbər verir ki, namizədlərin çox olduğunu dilə gətirən ifaçı bu barədə "Gün üzü"ndə danışıb:

"Şərtlərim çoxdur. Ona görə də bəzən özüm özümdən qorxuram. Mən yavaş-yavaş özümə gün ağlamışam. Ona görə bir pillə aşağı gedib ailə qurmaq olmaz, ürəyim partlayar. Mənim səviyyəmdə olan adamla ailə qurmaq istəyərəm. Mən ərimin çörəyini yeyəcəm. Ailə qurandan sonra oxumayacam".