Efirdə söyülən Aytən: "Xəcalət çəkir" Day.Az представляет новость на азербайджанском языке:

Efirdən təhqir olunduğuna görə aşıq Ədaləti məhkəməyə verən rəqqasə Aytən fikrindən daşınıb.

Milli.Az bildirir ki, bu barədə məlumatı AzNews.az-a rəqqasənin özü verib. Onun sözlərinə görə, vəkili tərəfindən bütün lazımı sənədlər məhkəməyə təqdim olunsa da, sonradan anası onu bu iddiadan geri döndərib: "Aşıq Ədaləti məhkəməyə verəcəyimi deyəndən sonra saysız-hesabsız sənət adamlarından telefon zəngləri aldım. Dedilər ki, aşıq Ədalət yaşlıdır, nə danışdığını bilmir. Hamı onu bağışlamağımı xahiş etdi. Açığı, heç kimin sözünə baxmaq fikrim yox idi. Sonda anam da həmin xahişdə bulundu, ona yox deyə bilmədim. Ədalət gedib mənim anama qurban olsun. Anama görə onu bağışladım. Anam icazə vermədi, dedi, o yaşlı adamdır, fikir vermə ona. Həm də aşıq Ədalət olanlardan sonra müsahibə vermişdi. Oxudum, baxdım ki, bu adam xəcalət çəkir. Elə ondan sonra bir az yumşaldım. Ərizəmi sabah gedib götürəcəm".

Xatırladaq ki, ATV-də aşıq Namiq və rəqqasə Aytənin konsertindən nümayiş olunan süjet Aşıq Ədaləti bərk qəzəbləndirib. O, aşıq Namiqin sazda ifasının sədaları altında Aytənin göbək rəqsi etməsinə nalayiq ifadələrlə etirazını bildirib.

Bundan sonra isə rəqqasə Aytən Aşıq Ədaləti məhkəməyə verəcəyini açıqlayıb.