Aşıq Zülfiyyə: "Cinsiyyəti bilinmir" - FOTO Day.Az представляет новость на азербайджанском языке:

Aşıq Zülfiyyə İbadova dünyaya gələcək nəvəsindən danışıb. O, Milli.Az-a açıqlamasında nəvəsinə hələ də ad seçmədiyini bildirib:

"Tezliklə, inşallah, nənə olacağam. Oğlum Babəkin toyunda necə sevinirdimsə, hal-hazırda o hissləri yenidən yaşayıram. Dünyaya gələcək nəvəmin adı, hələ ki, bəlli deyil. Çünki hələ cinsiyyəti bilinmir. Əsas odur ki, sağlam övlad dünyaya gəlsin. Mənim bir övladım var, amma istərdim ki, nəvəm çox olsun. Oğlumu tez evləndirdim ki, tez də nənə olum. Biz həyatımızı onlar üçün yaşayırıq. Allah bütün analara bu hissləri yaşatsın. Bəzi valideynlər var ki, nənə-baba olmaqdan çəkinirlər. Buna görə də övladlarını gec evləndirirlər. 4 aydan sonra, Allah izn versə, bu müqəddəs ad mənə nəsib olacaq. Nəvəmin dünyaya gəlişi yay aylarına düşür. Böyük, dəbdəbəli şadyanalıq etməyəcəyəm. Qohumlarım üçün kiçik bir süfrə açacağam".

Tanınmış aşıq bundan sonra yalnız oğlu Babək ilə duet oxuyacağını da bildirib:

"Sözün düzü, bu gün də mənə duet təklifləri olur. Amma mən yalnız oğlum Babəklə oxuyacağam. Vaxtilə çox duetlər oxumuşam. Babək məni bir an belə tək buraxmır, toylara da, verilişlərə də birlikdə gedirik. Allah bir tək övladımı mənə çox görməsin".

Qeyd edək ki, sənətçi oğlu Babəki öz dayısı nəvəsi Xuramanla evləndirib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.