Əməkdar artist: Ailəmə söz atanları tapdalayıb keçərəm... - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Əməkdar artist Almaz Ələsgərova jurnalistlərə qızları haqda sual verməyi qadağan edib.

"Qafqazinfo"nun məlumatına görə, müğənni "ATV maqazin" verilişinə açıqlamasında bildirib ki, artıq ailəsi haqda danışmayacaq:

"At ilindənəm, ailəmə söz atanları tapdalayıb keçərəm, onların gözünü çıxardaram. Mənə övladlarımla bağlı sual verilməsin, o mövzunu bağlamışam. Mənim ailəm haqda sual verməyin. Özüm istəsəm, danışacam. Qızlarımın ünvanına söz atanlar cavablarını alıblar. Qızlarım efirdən də uzaqdırlar. Onlar kameralardan qaçırlar".
 

Böyütmək üçün şəkilə klikləyin: