Röya: "Bu yay partlayacaq"

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Röya Ayxan oğlu Hüseynin onu çox qısqandığını deyib.

Axşam.az xəbər verir ki, sənətçi "Star life" verilişinə açıqlamasında qız övladı istəməsi ilə bağlı sualları cavablandırıb:

"5/5" verilişində Zaur Kamal qucağıma qız uşağı qoydu. Çox istədim. Amma heç vaxt ikinci dəfə ana olmaq haqqında düşünmürəm. Mən artıq tənha qadınam. Oğlum var, onu pis etmərəm. O, mənə bəsdir. Çox qısqancdır. Amma qız it alacam".

Yeniliklərindən danışan R.Ayxan reper Cinlə oxuduğu "Zəhləm getmiş" adlı mahnı ilə bağlı xəbər verib:

"Sevgilim məni əsəbləşdirəndə "zəhləm getmiş" sözünü çox işlədirəm. Məncə, hamının dilində olan ifadədir. Çox gözəl mahnıdır. Bu yay partlayacaq. Eyni zamanda konsertə hazırlaşıram. Yayda "Yaşıl teatr"da olacaq. Ya üç, ya da dörd gün edəcəm".

Müğənni gənc ifaçıların özünü ona bənzətməsinə münasibət bildirib:

"Gənclərə bu haqda sual verəndə danırlar. Onda küsürəm. Amma sevinirəm ki, özlərin mənə oxşadırlar. Mən yaxşı cığır açmışam. Mənim ağlımdan istifadə etsinlər. Əkiz bacılar (Sevil və Sevinc) mənim fanatımdı. Özlərindən soruşsan, danacaqlar. İlk dəfə onları səhnədə mən təqdim etdim. Özlərin mənə oxşadırlar. Saçlarını həmişə mənimki kimi ediblər: eyni rəng, düzüm. Onlar bunu dansa da, hamı deyir. Amma Röya olmaq mümkün deyil".