Azərbaycanlı iştirakçı podiumda yıxıldı

Day.Az представляет новость на азербайджанском языке.


TV8-də yayımlanan "İşte benim stilim" dəb yarışmasında iştirak edən azərbaycanlı iştirakçı Sima Şərəffətdinova efirdə yıxılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həftə sonu qala gecəsində uzun və ətəkli libas geyinən Sima rəqs edib. Münsiflərin qarşısından qayıdarkən həmyerlimiz podiumda yıxılıb.

Qeyd edək ki, S.Şərəffətdinova həftənin ən yaxşılarından biri olduğu üçün üç "taclı" iştirakçıdan biri olub.