Elza Türkiyədə "üşüyəcək"

Day.Az представляет новость на азербайджанском языке.


Əməkdar artist Elza Seyidcahan yeni layihəsini Türkiyədə reallaşdıracaq.

Bu barədə publika.az-a danışan ekstravaqant sənətçi layihənin "Üşüyorum" adlandığını bildirib:

"Çoxdan Türkiyədə bir klip ərsəyə gətirmək niyyətindəydim, qismət bu mahnıya imiş. Sözləri Mələk Xəlilə məxsus olan mahnının ekran versiysı da elə musiqi ilə həmahəng olacaq. Əslində mən bu layihəni sosial layihə kimi təqdim etmək fikrindəyəm. Tənhalıqdan üşüyən kimsəsiz uşaqların taleyinə diqqət çəkmək istəyirəm. Amma görüntülərdə sevgi motivləri də yer alacaq. Çünki sevgisizlikdən, tənhalıqdan üşüyən insanlar da çoxdur. Bəzən görürsən ki, hər şeyin var, qayğılardan uzaq bir həyat yaşayırsan, amma yenə də üşüyürsən".