Gonca Vuslateri: Türk kişisindən uşaq dünyaya gətirmək istəmirəm

Day.Az представляет новость на азербайджанском языке: 

"Yalan dünya"nın Vasfiyəsi Gonca Vuslateri "Səninlə" jurnalının may buraxılışı üçün müsahibə verib. 

"Qafqazinfo"nun məlumatına görə, özəl həyatı haqda danışan aktrisa türk kişisindən uşaq dünyaya gətirmək istəmədiyini bildirib:

"30 yaşımın tamam olmasına az qalıb. Gənclik illərimə əlvida deyəcəm. Bu keçid dövründə daha çox duyğusalam. Hormonal olaraq da ana olmağa daha yaxın bir zamandayam. Bu da dünyaya daha humanist baxmağıma səbəbdir. Mən aşiq ola bilmirəm, bacarmıram. Bunu etiraf etdiyim bir münasibətim, şirin, amerikalı bir sevgilim var. Çox xoşbəxtik. Nə şəxsi həyatıma, nə aktrisalığıma qarışır. Son 5-6 sevgilim amerikalı olub. Heç bir türk kişisindən uşaq dünyaya gətirmək istəmirəm. Türk kişiləri də mənə dəli deyir və məni istəmir".