Gülay Zeynallı: Mənim də qadağam olub

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Gülay Zeynallı həyat yoldaşı, idmançı Kamil Zeynallıdan danışıb

Axşam.az-ın məlumatına görə, sənətçi "Qonaq gəl bizə" verilişində ona qoyduğu qadağadan bəhs edib:

"Yeni ailə quranda Kamilin bəzi istəkləri oldu. Bunları normal qəbul edirəm. Mən muğam ifaçısıyam, çərçivədə davranıram. Ona görə də şərtlərə ehtiyac qalmır. Hər şeyin yerini bilən xanımam. Həm də ki, evimizin böyüyü, həyat yoldaşımdır.

Nəsə deyirsə, əməl edilməlidir. Mənim də qadağam olub. Yeni ailə quranda Kamil bir-iki sənətçinin klipində çəkilmək təklifi almışdı. Mən də bu sənətdə olanlardanam. Görsəm ki, təklif edən səviyyəli biridir, razılaşardım. Amma gördüm ki, dəyməz".