Xatun Əliyeva: Mənə qarğış edirlər - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Müğənni Xatun Əliyeva həmkarlarını parodiya etməsinin ona problemlər yaratdığını deyib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Hər şey daxil" verilişində danışıb:

"Müğənniləri parodiya etdiyimə görə əksəriyyəti mənimlə danışmır, küsüblər. Hətta eşitmişəm ki, məclisdə oturanda mənə qarğış edirlər. Harasa dəvət olunanda deyirlər ki, Xatun olsa, biz gəlməyəcəyik. Parodiya etdiyim insanlar arasında ən rəhimlisi Elariz Məmmədoğlu oldu. Çünki o bəydir. Xanımlar haldan-hala düşürlər, qeybətimi edirlər. Hətta mənim parodiyamdan sonra birinin üstünə təcili yardım gəlib".

Xatun daha sonra müğənni Samira Allahverdini parodiya edib.
 

Videonu izləmək üçün şəkilə klikləyin:


фото