İzzət Bağırzadə: Özümdən razıyam, yaxşı eləyirəm - VİDEO

Day.Az представляет новость на азербайджанском языке: 

"Məni bəyənməyənlər ola bilər. Maykl Ceksonu da sevməyənlər var".

Müğənni İzzət Bağırzadə "Region TV"də yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

Müğənni özündən razı olub-olmamağı haqda bunları söyləyib: "Məni tanıyanlar bilirlər ki, mən özümdən razı deyiləm. Bir də ki, axı niyə özümdən razı olmayım? 13-14 yaşımdan səhnədəyəm. İllərdir populyarlığımı qoruyub saxlamışam. Səsim səs, sənətim sənət. Qabiliyyətim, qanacağım, savadım, ağlım da göz qabağında. 26 ildir sükanı necə lazımdır, saxlayıram. Konsertlər vermişəm, filmə çəkilmişəm, saysız-hesabsız albomlarım var, 70-ə yaxın klip çəkdirmişəm, pərəstişkarlarım yetərincədir. Möhür möhür üzərinə vurmuşam. Özümdən razıyam, yaxşı eləyirəm. Məni bəyənməyənlər ola bilər. Maykl Ceksonu da sevməyənlər var idi. Xırda şeydir onlar".

Sənətçi ağırtəbiətli görünməsi ilə bağlı da danışıb: "Özümü uşaqlıqdan ağır aparmışam. Uşaqların içində də ağır aparırdım özümü. Çox gülməklə aram yoxdur. Gərək ətrafımda o qədər yaxın insanlar olsun ki, deyim-gülüm. Heç vaxt heç kimdən heç nə istəməmişəm. Heç bir şeyə görə kiminsə yanında əyilməmişəm. Kiminsə qarşısında ağlamağı sevmirəm. Ağlamağın da öz yeri var. Hər şeyi Allahdan istəmişəm".

Sevilən ifaçı avtomobil həvəsindən söhbət açıb: "Azərbaycanda hamı bilir ki, mən "Hammer" həvəskarıyam. Bir ara "Hammer"i satıb, başqa maşın aldım. 7-8 ay sonra təzədən "Hammer" gətirtdim".

Tanınmış sənətçi başqa məqamlara da aydınlıq gətirib: "Sosial şəbəkələrdə yoxam, ona vaxtım yoxdur. Ən çox İbrahim Tatlısəsə qulaq asıram. Onun məndə 1973-cü ildən bu yana olan bütün albomları var".

Müğənni yeni yaradıcılıq işlərindən də danışıb: "5-6 ildir konsertə fasilə vermişdim. Hal-hazırda müqavilə imzalamışam. "Yaşıl teatr"da böyük bir konsertim olacaq. Orkestrdə 40-a yaxın musiqiçi olacaq. Müğənni qonağım olmayacaq. 2 saat yarım fasiləsiz oxuyacağam".

Videonu izləmək üçün şəklə klikləyin:

фото