Elçin Hüseynov: "Bizim ailədə qanun var, hamı qohum qızı almalıdır"

Day.Az представляет новость на азербайджанском языке:

"Bizim ailədə qanun var: hamı qohum qızı almalıdır. Heç kim yadla evlənə bilməz".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elçin Hüseynov "Hər şey daxil" verilişində deyib:

"Ailədə 4 qardaşıq. Hamımız da öz qohumlarımızla evlənmişik. Bu bizim ağsaqqallarımızın qanunudur. Elə mənim də xanımım qohumumdur. Amma ailənin təkidi ilə yox, öz istəyimlə evlənmişəm. Mənim anam 8 övladına toy edib. Hamımız da xoşbəxtik".